Ceyms Uorlik cəbhədən yazdı

Ceyms Uorlik cəbhədən yazdı
18:56 16 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik cəbhə xəttində ATƏT müşahidəçilərinin yaxınlığında baş vermiş atəşkəs pozulmasına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Uorlik "Twitter" səhifəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin yaxınlığında qeydə alınmış atəş tərəflərin təhlükəsizlik təminatını pozmasının aşkar nümunəsidir.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən mövqelərimiz istiqamətində atəş açılıb.

Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR