Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib

Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib
17:32 19 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda birdəflik şprislərlə bağlı yeni dövlət standartı qüvvəyə minib.

Mİlli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 "Sterile hypodermic syringes for single use - Part 1: Syringes for manual use" (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanmış "Inyeksiya üçün birdəfəlik steril şprislər" dövlət standartı 27 sentyabr 2019-cu il tarixində qəbul edilib. Standartlar 01.11.2019-cu il tarixindən qüvvəyə minib.

Bununla əlaqədar Analitik Ekspertiza Mərkəzində (AEMPHŞ) idxalçı şirkətlər üçün iclas təşkil edilib. İclasda AEM-in İdxal ekspertiza şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunub sənədlər haqqında məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR