Macarıstan səfiri ADU tələbələri ilə görüşüb (FOTO)

Macarıstan səfiri ADU tələbələri ilə görüşüb (FOTO)
17:43 19 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 18-də Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

Səfir universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

Səfir Viktor Sederkenyi görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda Macarıstan-Azərbaycan əlaqələri haqqında danışıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3150947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR