"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib

"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib
18:17 19 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Ötən şənbə "sarı jiletlilər"in keçirdiyi aksiyada bir nümayişçi gözünü itirib. 
"Report"un Fransa bürosu xəbər verir ki, hadisə aksiya iştirakçılarının böyük hissəsinin yığışdığı Parisin İtaliya meydanında qeydə alınıb. 
Belə ki, Fransanın şimalında yerləşən Valenciennes şəhərindən aksiyada iştirak etmək üçün Parisə gəlmiş Manu adlı şəxs bir qrup nümayişçi ilə dinc şəkildə söhbət edirmiş. Bu zaman polisin atdığı gözyaşardıcı qazın gülləsi onun gözünə dəyib. Həkimlərin səylərinə baxmayaraq, onun gözünü xilas etmək mümkün olmayıb. 
Həyat yoldaşı ərinin göz qapağı parça-parça olduğunu açıqlayıb. 
Faktla bağlı Paris şəhər prokurorluğu araşdırma aparır. 

⚠️ Image très violente !!! Blessure à l'oeil un commentaire @CCastaner @prefpolice #PlaceItalie #16Novembre #Acte53 #Paris #GiletsJaunes #Manu #1AnDeColère Mais on imagine que #IGPN va pas réussir a identifier le tireur et ce sera classé sans suite ... pic.twitter.com/HGuJjwydzS — Altra (@AltraMale) November 17, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sari-jiletliler-in-aksiyasinda-bir-numayisci-gozunu-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR