Klopp "Qarabağ"ın oynayacağı stadiona nifrət edir

Klopp "Qarabağ"ın oynayacağı stadiona nifrət edir
18:27 19 Noyabr 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Sevilya"nın ev oyunlarını keçirdiyi "Ramon Sançes Pisxuan" stadionunda oynamağı sevmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə alman mütəxəssis "AS" nəşrinə deyib: "Oranın futbol üçün ən yaxşı stadion olduğuna əmin deyiləm. Ən çox "Ramon Sançes Pisxuan"da oynamağa nifrət edirəm. Çünki "Sevilya"nın stadionunda xüsusi atmosfer hökm sürür. Bu, komplimentdir!".

Qeyd edək ki, Y.Klopp çalışdırdığı komandalar heç vaxt "Sevilya"ya qalib gələ bilməyib.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda məhz "Ramon Sançes Pisxuan" stadionunda "Sevilya"nın qonağı olacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR