Bəslədiyi buğa müəllimi öldürdü - FOTO

Bəslədiyi buğa müəllimi öldürdü - FOTO
18:47 19 Noyabr 2019
137 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Aydın şəhərində buğa müəllimi öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, din mədəniyyəti və əxlaq bilgisi fənnini tədris edən Rəşad Aslım güləş üçün buğa bəsləyib.

Bir ton çəkisi olan buğa sahibinə hücum edərək, buynuzları ilə ona zərbələr endirib.

"Sondakika.com"un verdiyi xəbərə görə, ağır yaralanan müəllimi qohumları xəstəxanaya çatdırıb.

Həkimlərin iki günlük səylərinə baxmayaraq, 53 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR