Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”

Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”
18:47 19 Noyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.
Bunu “Report”a eksklüziv açıqlamasında "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu, 2018-ci ildə dövlət büdcəsinə həyata keçirilən ödənişi ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə "SOCAR Energy Georgia” şirkəti Gürcüstan büdcəsinə 144 milyon dollar vergi ödəyib. 2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib”.
O qeyd edib ki, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-gurcustan-budcesine-odeyeceyi-vergilerin-meblegini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR