Səfir: "ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir"

Səfir: "ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir"
18:57 19 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökumətinə yeni təyin olunanlardan bəziləri ABŞ-da təhsil alıb. Fikrimcə, bu, ölkənin xeyrinə olacaq”.
“Report” xəbər verir ki, bu fikri “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer dilə gətirib.
“Prezident Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin, qanunun aliliyini təmin etməyin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvlərilə görüşüb islahatların həyata keçirilməsilə bağlı söhbət etmək fürsətim olacaq. ABŞ-da təhsil alan şəxslərin Azərbaycan hökumətində təmsil olmalarına çox şadam” – deyən səfir həmin şəxslərin “ABŞ təhsilli olmaları qarşılarında nadir perspektivlər açır, mövcud problemlərin öhdəsindən daha yaxşı gələrək Azərbaycana daha gözəl gələcək təmin etməyə çalışacaqlar” – şəklində fikir bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-abs-da-tehsil-alanlarin-azerbaycan-hokumetinde-temsil-olunmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR