Messi rəqib futbolçuya cavab verdi: "İSTƏNİLƏN VAXT HAZIRAM" - VİDEO

Messi rəqib futbolçuya cavab verdi: "İSTƏNİLƏN VAXT HAZIRAM" - VİDEO
19:33 19 Noyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Uruqvay millisinin futbolçusu Edinson Kavani Argentina yığması ilə matçda rəqib komandanın kapitanı Lionel Messi ilə aralarında baş verən mübahisəyə aydınlıq gətirib.

Fransanın PSJ klubunun 32 yaşlı forvardı ESPN-ə dəhşətli heç nə baş vermədiyini deyib: “Belə emosiyalar futbolun bir hissəsidir. Xüsusilə Cənubi Amerikada. Buna diqqət etmək istəmirəm. Oyunun nəticəsi önəmlidir. İki qol vurmağımız yaxşıdır. Ancaq yenə də bir sıra çatışmazlıqlar üzərində işləməliyik”.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün 41-ci dəqiqəsində Messiyə qarşı qayda pozuntusu olub. Bundan sonra argentinalı hücumçu Kavani ilə mübahisə edib. O, uruqvaylı oyunçunun matçdan sonra görüşüb məsələni aydınlaşdırmaq çağrışına “istənilən vaxt” söyləyərək, cavab verib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR