50 yaşlı kişi çardaqdan yıxıldı, xəstəxana yolunda öldü

50 yaşlı kişi çardaqdan yıxıldı, xəstəxana yolunda öldü
19:42 19 Noyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/803564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR