Nömrəsini oğurlayıb başqa maşına taxdılar

Nömrəsini oğurlayıb başqa maşına taxdılar
19:52 19 Noyabr 2019
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu polisinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən "QAZ-31029" markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində "VAZ-2106" markalı avtomobilin üzərində olması müəyyən edilib.

Görülmüş tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/803557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR