Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamağı planlaşdırırlar

Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamağı planlaşdırırlar
20:07 19 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.
"Report"un yerli bürosu xəbər verir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.
Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.
Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.
Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-etirazcilar-parlament-binasini-yeniden-bloklamagi-planlasdirirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR