Yanvarda Şimali Amerikanın ən hündür zirvəsinə tək qalxan ilk adam (FOTO)

Yanvarda Şimali Amerikanın ən hündür zirvəsinə tək qalxan ilk adam (FOTO)
18:58 16 Yanvar 2015
201 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

52 yaşlı amerikalı alpinist Lonni Düpre üç məğlubiyyətdən sonra nəhayət ki, Şimali Amerikanın ən hündür nöqtəsi olan Denali (6194 m) zirvəsinə solo-qalxmasını həyata keçirə bilib.

Trend-in Azərbaycan Alpinizm Federasiyasına istinadən verdiyi məlumata görə, L.Düpre bunu yanvar ayında bacaran ilk adam olub. Bu barədə o, öz "Facebook" səhifəsində də yazıb.

Kiminsə bu zirvəyə qışda qalxa bilməsi nadir hallardandır, çünki bu vaxt günün uzunluğu çox qısa, tufanlar isə çox sərt olur. Sürəti saatda 100 mildən çox olan külək və 50 dərəcə şaxta qalxmaları mümkün olmayanlar siyahısına salır. L.Düprenin 2011, 2012 və 2013-cü ildə bu zirvəyə qalxma planlarına son qoyan elə pis hava şəraiti olub.

L.Düpre 2001-ci ldə Qrenlandiyanı motorsuz nəqliyyat, it və kayaklarla səyahət edən ilk adam olub. O, 1991-1992-ci ildə Şimali-Qərb keçidini itlərın köməyi ilə aşa bilib, 3000 mil məsafəni fəth edib.

Denaliyə qalxan 16 nəfərdən 6-sı ekspedisiya zamanı dünyasını dəyişib. Bu qalxmaların dördü solo idi, lakin heç kim onları yanvarda bitirə bilməyib. Yalnız 1998-ci ilin yanvarında zirvəni iki rusiyalı alpinist (Artur Testov və Vladimir Ananiç) fəth etmişdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR