Bu kişilərə ərə getməyin!

Bu kişilərə ərə getməyin!
20:57 19 Noyabr 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Evlilik həyatımızda verdiyimiz ən önəmli qərarlardan biridir. Sevgi bəzən insanın gözlərini bağlayır və bizi gözləyən təhlükələri görə bilmirik. Ancaq məntiqimizi duyğularımızdan öndə tutaraq sevdiyimiz insanın hərəkətlərinə diqqət yetirməliyik.

Milli.Az axşam.az-a istinadən evlilik üçün uyğun olmayan kişilərin xüsusiyyətlərini sizə təqdim edir:

Eqoist kişilər

Bu tip insanların həyatının mərkəzi elə özləridir. Sadəcə, öz duyğuları, istəkləri ön plandadır. Onun xoşuna gəlməyən bir şey etdiyiniz zaman asanlıqla sizi tərk edə bilərlər.

Evliliyin ciddiyyətini anlamayan kişilər

Sevgilinizin evliliyə qarşı fikirlərini, baxışını öyrənməyə çalışın. Əgər ailə qurmaq haqda söz düşərkən mövzunu dəyişdirirsə və ya evləndikdən sonra belə həyatının bugünkü kimi davam edəcəyini düşünürsə, diqqətli olun. Yanıla bilərsiniz.

Karyeranı ailədən daha üstün tutan kişilər

Doğrudur, qadınlar güclü və bacarıqlı kişiləri arzu edirlər. Ancaq kişilərin karyera sevgisi qadına olan duyğularının önünə keçməməlidir. Əgər bir kişi işini sevgilisindən daha dəyərli görürsə, o zaman evlilik üçün yanlış seçimdir.

Əyləncəyə düşkün kişilər

Hər bir insanın əylənməyə, günlük stressdən azacıq da olsa uzaqlaşmağa haqqı var. Amma qədərində. Bir kişi daima əyləncə haqda düşünürsə, ondan yaxşı ailə başçısı olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR