Crew Dragon yenə sınandı

Crew Dragon yenə sınandı
21:17 19 Noyabr 2019
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

SpaceX-in Crew Dragon kosmik gəmisinin sərnişin kapsulunun uğursuz testindən 7 ay sonra şirkət yenidən sərnişin kapsulunun testinə cəhd edib. İnternetdə artıq bu testin ilk fotosu ortaya çıxıb. Milli.Az technote.az-a istinadən bildirir ki, ilkin uğursuz testin səbəbi kimi çıxış etmiş yanacaq sisteminin təkmilləşdirilməsindən sonra sərnişin kapsulu növbəti testdən keçib. Hal hazrıda SpaceX şirkəti NASA agentliyi ilə birlikdə sərnişin kapsulundakı kompüter göstəricilərini analiz edirlər və sərnişin kapsulunun Yer kürəsinin atmosferinə göndərilməsinə hazırlaşırlar.

Həmin uçuş zamanı sərnişin kapsulu üçün qəza vəziyyəti modelləşdiriləcək. Crew Dragon kosmik gəmisinin gövdəsinə yerləşdirilmiş 8 ədəd SuperDraco mühərriki sərnişin kapsulunu raketdən ayıraraq onu lazımi yerə çatdırmalıdır. Əgər Yer kürəsinin atmosferində keçiriləcək testlər uğurla başa çatsa, şirkət BKS-ə (Beynəlxalq Kosmik Stansiya) fərdi reyslərin tarixini açıqlayacaq. Güman olunur ki, bu cür reys artıq gələn il üçün planlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR