Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı
22:12 19 Noyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdə 50 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Tərtər sakini yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun qaradağlı kədində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Salyanda da anoloji hadisə baş verib. Belə ki, rayon sakini, 1992-ci təvəllüdlü Bədəlova Zəkirə yaşadığı evin hamamında dəm qazında boğularaq ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/803603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR