Ənənəvi İslam dininə görə qadın mütləq çadra bağlamalıdır?

Ənənəvi İslam dininə görə qadın mütləq çadra bağlamalıdır?
22:52 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dinimizə görə, qadın mütləq hicaba riayət etməlidir. Lakin hicab şərtlərinə cavab verən digər örtüklər də icazəlidir. Belə ki, qadın sifətini və biləkdən aşağı əllərini çıxmaq şərti ilə bütün bədənini, o cümlədən, saçlarını və boyun-boğazını naməhrəmlərdən örtməlidir. Bu örtüyün hər hansı növ geyim və parça ilə həyata keçirilməsi vacib deyil. Vacib olan budur ki, birincisi, yuxarıda deyilən həddə bədən tamamilə örtülsün. İkincisi, bu örtük bədənin rəngini göstərəcək dərəcədə şəffaf olmasın. Üçüncüsü, bu örtük bədənin cizgilərini göstərəcək dərəcədə dar olmasın. Dördüncüsü, bu örtük naməhrəmlərin nəzər-diqqətini cəlb edəcək dərəcədə alabəzək və rəngarəng olmasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR