​İsveç "Wikileaks" rəhbərini həbs etmək istəyir

İsveç məhkəməsi yenidən "Wikileaks"in qurucusu barədə cinayət işinə start verib.

Metbuat.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, İsveç məhkəməsi uzun zamandır ona qarşı hər hansısa bir cinayət tərkibli araşdırma başlatmayıb. Çünki Asancın həbs olunması ilə əlaqədar, daha öncə irəli sürülən ittihamların heç biri ciddi dəlil olaraq qəbul edilməmişdir.

Lakin İsveç hüquq sistemində çalışan rəsmilərdən birinin dediyinə görə, araşdırma yenidən başlaya bilər.

Baxmayaq ki, yerli polisin əvvəl apardığı tədqiqatların hamısı yetərli dəlil olmaması səbəbindən nəticəsiz qalmışdır.

Hal-hazırda Culian Asancın ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir. Bununla bağlı, ABŞ Ədliyyə Nazirliyi Britaniya hökumətinə onun təhvil verilməsi üçün hüquqi müstəvidə müraciət edib və müraciət müsbət qarşılanıb.

Güman olunur ki, "Wikileaks" rəhbərinin Birləşmiş Ştatlara ekstradisiyası 2020-ci ildə mümkün olacaq.

Qeyd edək ki, Culian Asanc 2019-cu ildə Britaniyada həbs olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR