"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç

"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç
23:22 19 Noyabr 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

"Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik".
 
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözəri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Ukrayna ilə yoxlama oyunundan (1:1) sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, komandada müəyyən çatışmazlıqlar olduğunu bildirib: "Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldən verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR