CNG sistemləri üçün yeni qaz xətti çəkilib

CNG sistemləri üçün yeni qaz xətti çəkilib
23:22 19 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır.
“Azəriqaz”ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. 
Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün sabah saat 10:00-dan etibarən Xətai rayonunun bir hissəsində qaz təchizatının müvəqqəti dayandırılmasına zərurət yaranıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/cng-sistemleri-ucun-yeni-qaz-xetti-cekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR