Ət və ya balıq məhsulunu bişməmiş çiy halda yemək icazəlidirmi?

Ət və ya balıq məhsulunu bişməmiş çiy halda yemək icazəlidirmi?
23:42 19 Noyabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dinimiz yeməklə bağlı müəyyən tələblər irəli sürür ki, bunların ən əsası qidanın halal olmasıdır. İnsan ilk növbədə yediyi qidanın şəriət baxımından halal olmasına və həmin qidanı halal üsulla qazanmasına diqqət yetirməlidir. Ət və balıq məhsulları adətən bişmiş halda yeyilir. Lakin bu qayda şəraitə görə dəyişə bilər. Məsələn, bişirmək imkanı olmayan ekstremal hallarda ölümdən xilas olmaq üçün bunları çiy halda yemək də icazəlidir. Həmçinin, məkandan asılı olaraq, elə millətlər var ki, onların qida rasionunda çiy ət və balıq məhsulları da var. Həmin ölkələrdə bunları çiy halda yemək normal sayılır. Çiy halda yeyilən qida insana ziyan verməzsə, bu icazəlidir. Amma orqanizmə ciddi zərər yetirdiyi təqdirdə bunu etmək olmaz. Çiy halda ət və balıq yeməyə öyrəşməmiş şəxslərin dəb və ya sınaq məqsədi ilə bunu etməsi məsləhət deyil, çünki tibbi baxımdan fəsadlara səbəb ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR