Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
00:12 20 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 66,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/803622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR