Çinlilər "Range Rover"in oxşarını istehsal etdilər - Əslindən on dəfə ucuzdur

Çinlilər "Range Rover"in oxşarını istehsal etdilər - Əslindən on dəfə ucuzdur
01:32 20 Noyabr 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin "Hunkt Canticie" adlanan avtomobil markası Britaniya istehsalı olan "Range Rover"in ucuz surətidir. Avtomobilin dəyəri isə cəmi 18 min dollardır. Hələlik istehsalçılar bu maşını yalnız Çin bazarında satmağı planlaşdırırlar.

Milli.Az bildirir ki, çinlilər bu maşını "Range Rover" istehsalçılarından icazəsiz şəkildə kopyalayıblar.

Doğrudur, çinli "klon"un "Range Rover"ə bənzərliyi yalnız xarici görünüşə görədir. "Hunkt Canticie"nin interyeri isə britaniyalı əslindən fərqli olaraq daha sadədir.

Bundan başqa, Çin avtomobilinin texniki gücü də "Range Rover"ə uduzur. Çin variantında beş litrli V8-in əvəzində iki litrlik benzin mühərriki yer alıb.

Qiymətdəki fərq isə həqiqətən fantastikdir. Çində "Range Rover" 173 min dollara başa gəlir ki, onu da əhalinin böyük hissəsi almaq iqtidarında deyil. Yerli istehsal isə çinlilərə demək olar, 10 dəfə ucuz başa gələcək.

Hələlik britaniyalı avtomobil istehsalçılarından bu maşınla bağlı heç bir açıqlama gəlməyib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR