AVRO-2020-yə seçmə mərhələdən son vəsiqənin sahibi müəyyənləşib

AVRO-2020-yə seçmə mərhələdən son vəsiqənin sahibi müəyyənləşib
01:37 20 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-yə seçmə mərhələ vasitəsilə vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, Uels yığmasıdır. Britaniyalılar E qrupunda son turun oyununda Macarıstana 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu 15-ci və 47-ci dəqiqələrdə Aaron Remsi vurub.
Bununla da xallarını 14-ə çatdıran Uels 17 xala malik Xorvatiya ilə birgə final mərhələsinə yüksəlib. Azərbaycan millisinə eyni hesabla qalib gələn Slovakiya 13 xalla qrupda 3-cü yeri tutub. 12 xala malik Macarıstan 4-cü, cəmi 1 xal qazanan Azərbaycan isə sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, qalan 18 vəsiqəni İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-ye-secme-merheleden-son-vesiqenin-sahibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR