Meksikada fermadan 25 insan meyiti aşkarlanıb

Meksikada fermadan 25 insan meyiti aşkarlanıb
05:02 20 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada onlarla insanın meyiti aşkarlanıb.
"Report" "Haber7.com"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd edilir ki, ölkənin güclü narkotik kartellərinin olduğu Halisko əyalətinin Tlajomulko adlı kəndində 52 çantada 25 insan meyiti tapılıb.
Haliskonun prokuroru bildirib ki, meyitlərdən 6-ı onların ailə üzvləri tərəfindən tanınıb.

Məlumata görə, Milli Qvardiya Korpusu Halisko ştatının Tolukilla rayonunda keçirdiyi reyd zamanı 15 nəfərin həbs edilməsinə nail olub. Prokurorluq araşdırmanın davam etdirildiyini bildirib.
Qeyd edək ki, Halisko Meksikanın cinayət hadisələrinin ən yüksək olduğu əyalətlərdən biridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-fermadan-25-meyit-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR