Almaniyada fobiyalar əmsalı azalıb

Almaniyada fobiyalar əmsalı azalıb
06:32 20 Noyabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

Almanlar daha çox terrorizmdən, Yaxın Şərq və Afrika ölkələrindən qaçqınların kütləvi immiqrasiyasının mənfi nəticələrindən, iqtisadiyyatın çöküşündən, son vaxtlar isə ABŞ Prezidenti Donald Trampdan qorxurlar. Almanların 56 faizi dövlətin böyük qaçqınlar ordusunun öhdəsindən gələ bilməyəcəyindən ehtiyat edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın ən iri sığorta şirkətlərindən biri olan "R+V"nin tədqiqatının nəticələrindən belə məlum olur.

"R+V" 1992-ci ildən başlayaraq ölkə sakinləri arasında onları ən çox qorxudan problemlər barədə sorğular keçirir, axı sığorta şirkətləri öz biznesini məhz insanların həyəcan və qorxuları üzərində qururlar.

Şirkətin məruzəsində bildirilir ki, 1994-cü ildən başlayaraq ilk dəfə almanlar arasında qorxu indeksi 39 faiz səviyyəsinə enib. Özü də söhbət Avropanın ən "fobiyalı" millətlərindən birindən gedir. 1920-ci illərin hiperinflyasiyası, başlanılmış və uduzulmuş iki dünya müharibəsi, zorakı köçürülmələr, soyuq müharibə illərində ölkənin iki yerə ayrılması - bütün bunlar XX əsrdə Almaniya cəmiyyətində qorxu və fobiyalar yaradıb.

Budur ilk dəfədir ki, qorxu indeksi belə aşağı səviyyəyə düşüb. Burada yaxşı iqtisadi konyunktur öz rolunu oynayıb. İşsizlik qorxusu 1992-ci ildən başlayaraq ən aşağı səviyyəyə enib. "R+V"nin tədqiqatları göstərir ki, Almaniyada ifrat dərədəcə şişirdilmiş qorxular yavaş-yavaş yoxa çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR