Bu model kamerası ilə diqqət çəkəcək - “Samsung”dan YENİLİK

Bu model kamerası ilə diqqət çəkəcək - “Samsung”dan YENİLİK
06:48 20 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Samsung yeni dizayn üzərində işə başlayıb.

Publika.az xəbər verir ki, gələn il “Galaxy S11”, “Fold 2” və “Note 11” flaqman ağıllı telefonları ilə yola davam edəcəyinin siqnallarını verən şirkət, digər tərəfdən maraqlı model üzərində işləyir.

Bu, 3D spiral və tam ekran dizaynlı bir telefondur. Onun “Galaxy” seriyasına aid olacağı deyilib. Telefon ekranın altına yerləşdirilən kamera dizaynına sahib olacaq.

Samsung təsadüfi toxunma və yan çərçivə toxunuşuna asanlıqla ziyan vurma ehtimalına qarşı işləməyə davam edir.

Bundan əlavə, şirkət yuxarı və alt çərçivələri çıxarmaq istəyir və bu proses işi çətinləşdirir.

3D spiral ekran dizaynına sahib olan cihazın patent müraciəti etdiyi qeyd olunub. Müraciətdə telefonun fiziki düymələrinin tamamilə çıxarıldığı görünüb. Selfi kamerasının olmaması isə kameranın ekranın altına qoyulacağına dair siqnallar verib.

Qeyd edək ki, bundan əvvəl “Apple” belə bir patent müraciəti etmişdi.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/296623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR