Parisdə Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının 25 illiyi qeyd edilib

Parisdə Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının 25 illiyi qeyd edilib
07:02 20 Noyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə UNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının 25 illiyi qeyd edilib.
"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev, UNESKO baş katibinin müavini Firmin Edouard Matoko, Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, UNESKO yanında üzv ölkələrin nümayəndəliklərinin diplomatları və qurumun əməkdaşları və digər şəxslər iştirak ediblər.
Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək Azərbaycanın bu qurumun dəyərlərini hər zaman yüksək tutduğunu, UNESKO-ya üzv olduğu dövr ərzində hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdığını, quruma yaxından dəstək göstərdiyini, istər bu təşkilatla, istərsə də üzv dövlətlərlə sıx əlaqələr qurduğunu bildirib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov komissiyanın fəaliyyətindən danışıb, qurumla əməkdaşlığın intensiv də dinamik xarakter almasında, birgə müstəsna layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu olduğunu bildirib.
Tədbirdə çıxış edən xarici qonaqlar üzv olduğu müddət ərzində Azərbaycanın UNESKO-nu və dəyərlərini daim dəstəklədiyini, öz sərhədləri daxilində bu dəyərləri uğurla inkişaf etdirdiyini, üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiq qaldığını bildiriblər.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə UNESKO baş katibinin xüsusi müşaviri Munir Buşenaki Azərbaycan ilə UNESKO arasında əlaqələrin inkişaf etdirilməsindəki roluna görə Azərbaycanın diplomatik orqanlarının 100 illiyinə həsr edilmiş medalla təltif edilib. UNESKO baş katibinin xüsusi müşavirinə medalı Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev təqdim edib.

Daha bir medal Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimova təqdim edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/parisde-azerbaycanin-unesko-uzre-milli-komissiyasinin-25-illiyi-qeyd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR