"ABŞ kürd dövləti qurmaq fikrindən vaz keçməyəcək" -

İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, siyasi analitik Teymur Qasımlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 12-də ABŞ-a baş tutan rəsmi səfəri ilə bağlı Metbuat.az əməkdaşının suallarını cavablandırıb.

- Uzun müddətdir ki, Türkiyə və ABŞ arasında S-400-lər mövzusunda gərginlik yaşanır. Qarşılıqlı ittihamlar, eləcə də Vaşinqtonun Ankaranı sanksiyalarla hədələməsinin şahidi olduq. Necə düşünürsünüz, R.T. Ərdoğanın son ABŞ səfərindən sonra Türkiyənin bu mövzuda geri addım atması mümkündürmü?

“Əvvəlcə müsahibəyə görə sizə təşəkkür edirəm!

Türkiyə dövlətinin əsas iki məqsədi var. Dövlətin təhlükəsizliyini qorumaq və vətəndaşlarını iqtisadi cəhətdən təmin etmək. TürkiyəRusiyadan S-400-ləri almamışdan öncə dəfələrlə ABŞ-dan Patriot raketləri, həmçinin F-35 almaq istəyib. Türkiyə NATO-ya üzv ölkə olaraq, belə bir istəklə çıxış etdi və özünü qorumaq üçün Patriot raketlərinə ehtiyacı olduğunu dəfələrlə müttəfiqlərinə bildirib. Hətta vaxtıkən ABŞ Prezdenti Barak Obama ilə danışıqlar aparılmış, razılıq verilmişdi. Lakin sonra ABŞ silahları satmaqdan imtina etdi. Donald Tramp Prezident seçildikdən sonra açıq şəkildə bildirdi ki, ABŞ Türkiyənin istədiyi silahları ona satmayacaq".

Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı hesab edir ki, 2016-cı ildə Türkiyədə yaşanmış dövlət çevrilişi cəhdi, bir növü rəsmi Ankaranın S-400-lər mövzusunda düşünməsinə ciddi təkan vermiş oldu.

“Türkiyənin Rusiyadan S-400 alması mövzusunda məcbur qalmasının əsas səbəbi əslində, Türkiyədəki 15 iyun hərbi çevrliş cəhdi oldu. Bu çevrilişin qarşısı alındı. Türkiyə dövləti gördü ki, hava məkanın müdafiə məsələsində zəiflik var. Ona görə də Rusiya tərəfi ilə danışıqlar başladı, sonda uğurlu nəticə oldu. S-400-ləri almaq üçün 2,4 milyard pul ödədi. Məlum olduğu kimi, S-400-lərin bir hissəsi artıq Türkiyə əlindədi. Rus hərbçiləri tərəfindən quraşdırlır. Yerdə qalan hissə də 2020-ci ildən sonra gəlməsi nəzərdə tutulub. Bundan sonra ABŞ Türkiyəni açıq aşkar təhdit edərək bildirdi ki, rəsmi Ankara bu mövzuda gerdi addım atmalıdır. Təbii ki, Türkiyədə öz növbəsində müqavimət göstərir. Düşünürəm ki, geri addım atmayacaq. Türkiyənin sərhədlərini qorumaq üçün S-400 raketdən müdafiə sistemi mütləq lazımdır. Ona görə də Türkiyə hələki düzgün mövqedədir”.

- Birləşmiş Ştatların kürdləri dəstəklədiyi məlumdur. Bu mənada, Türkiyənin terrorçu kürdlərə qarşı həyata keçirdiyi “Sülh Çeşməsi” adlı əməliyyat Ağ Evin ciddi etirazlarına səbəb oldu. Hətta bəzi kürd qruplaşmalarının liderləri Amerikanı onları Türkiyə ilə üzbəüz meydanda qoymasında, tək buraxmasında ittiham etdi. Bütün bunlar, ABŞ-ın Türkiyəyə görə, kürd kartından vaz keçdiyindənmi qaynaqlanır?Ümumiyyətlə, belə bir şey hazırda ABŞ-ın regional maraqlarına cavab verirmi?

“Kürd xalqı uzun zamandır özlərinə dövlət qurmaq istəyir. Kürdlərin böyük bir hissəsinin yaşadıqları ərazilər əsasən İran, İraq, Suriya və Türkiyənin tərkibindədir. Tarixdən məlumdur ki, küdtlərə dövlət qurmaq məsələsində ilk dəfə SSRİ rəhbərliyi dəstək olmağa çalışdı, kifayət qədər köməklik etdi. Bildiyiniz kimi, Bərzaninin atası Mustafa Bərzani SSRİ-də yaşayıb və gələcəklə bağlı planlar qurub. Hətta bir qədər də irəli gedərək Azərbaycandan torpaq istəyib, qarşısını Mir Cəfər Bağırov alıb. Sonradan ata Bərzani ABŞ-la yaxınlaşmağa başlayıb və bununla da Birləşmiş Ştatların kürdləri öz siyasi maraqları üçün istifadə etməyə başlamasının təməli qoyulub”.

Teymur Qasımlının fikrincə, Ağ Ev hələ, uzun müddət kürd kartından istifadə edəcək. Təbii ki, əsas hədəf Türkiyədir:

“Rəsmi Vaşinqton hər dəfə söz verib ki, sizə dövlət qurmaqda köməklik edəcəyik. ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra İraqın şimal hissəsində Kürd Muxtar dövləti yaradıldı və oğul Bərzani rəhbərliyə gətirildi. Maraqlıdır ki, sonra Suriya ərazisində PYD adlanan terror təşkilatı yaradıldı, əsas məqsəd Suriya ərazisində kürd dövləti qurmaq idi. ABŞ-dan xeyli maddi və hərbi dəstək aldı. PYD təşkilatı həm də Türkiyə dövlətinə qarşı da terror həyata keçirməkdədir. Türkiyənin milli təhlükəzliyinə təhdit yaradır. Türkiyə də məcbur qalıb, öz dövlət sərhədlərini qorumaq üçün “Sülh Çeşməsi” əməliyatına start verdi. Türkiyə dövləti düzgün seçilmiş planla uğurlu əməlliyat həyata keçirdi. Əməliyyatdan öncə Türkiyə ABŞ, Rusiya və Suriya tərəfinə məlumat vermişdi. Birləşmiş Ştatlar isə PYD təşkilatına köməklik etmədən geri çəkilməyə başladı. Ancaq biraz keçdi, ABŞ yenidən PYD təşkilatına köməklik etmək qərarına gəldi. Düşünürəm ki, Vaşiqton kürd kartından əl çəkməyib. ABŞ kürd dövləti qurmaq arzusundan heç vaxt vaz keçməyəcək”.

- Rusiya-Türkiyə yaxınlaşmasını rəsmi Ankaranın NATO-dan xaric edilməsi ilə nəticələnəcəyini deyənlər var. Sizin fikrinizcə, NATO-nun 70% xərcini qarşılayan ABŞ belə bir addıma gedə bilərmi?

“Türkiyə NATO-ya üzv olmaq üçün Koreya müharibəsinə qatılıb. Türkiyəni ondan sonra ABŞ NATO-ya üzv qəbul etdi. Türkiyə hər zaman Rusiya ilə münasibətlər qurmaqdan ötrü can atıb. Çünkü milli maraqlara uyğun bilib. Türkiyə NATO-dan çıxmaq istəmir. Səbəbi isə sadədir, yəni bu təşkilat daxilində özünü pis-yaxşı qoruyur. Fikrimcə, ABŞ-Türkiyəni NATO-dan xaric edilməsinə dəstək verməz və özü də bunu istəmir. Çünkü Türkiyə ABŞ-a lazımdır”.

- Ankaranın Suriyada başlatdığı məlum hərbi əməliyyatlarından öncə Rusiyaya ilə razılaşması, Moskvaya R.T.Ərdoğanın səfəri, əməliyyatların əsas hissəsinin bitdiyi bir ərəfədə Türkiyə Prezidentinin Vaşinqton səfəri rəsmi Ankaranın Suriya böhranında önəmli bir faktor olduğuna sübutdur, yoxsa Ankara sadəcə Kreml və Ağ Evin oyununa gəlib?

“Əvvəlcə onu bildirmək istəyirəm ki, Kreml və Ağ Ev səhnə arxasında bütün məsələri danşırlar, razılaşırlar və sonda ortaq məxrəcə gəlirlər. Türkiyə hal-hazırda Suriya məsələsidə yer alırsa, deməli, Rusiyaya borcludur. Əgər rəsmi Moskva dəstək verməsəydi, Türkiyə Suriya münaqişəsi ilə əlaqədar Astana müzakirlərində iştirak etməyəcəkdi. Bundan başqa, Türkiyə hərbi təyyarələri Rusiyanın Suriyadakı hərbi hissələrinin dəstəyi ilə terrorçu məntəqələrini bombalayır. Türkiyənın reallaşdırdığı son əməliyyatlardan sonra Vaşinqton Ankaraya çox ciddi təzyiq göstərdi və sonda Ankara Vaşiqtonla masaya oturdu, istəklərini bildirdi və əməliyyatı dayandırdı. Bilindiyiniz kimi, Ankara sözügedən əməliyyatı uğurla bitirdi. Türkiyə sadəcə Rusiya ABŞ arasında manevrlər edir. Amma bu manevrlər nə vaxta qədər uğurlu olacaq, bunu zaman göstərəcək”.

- Türkiyə Prezidentinin son ABŞ səfəri iki tərəfli münasibətlərin inkişafına nə kimi töhfə verəcək?

“R.T. Ərdoğanın Vaşiqtona səfərinin əsas məqsədi ABŞ-dan ticari dəstək almaq, Türkiyə qarşı təzyiqləri azaltmaq idi. Hələki, bu iki məqsədin yerinə yetrilməsində ABŞ-ın köməyinə ümid bəsləyir.”

- Ümumilikdə, Ərdoğanın Vaşinqton səfərini necə qiymətləndirirsiniz?

“R.T.Ərdoğanın son səfərindəki əsas mesaj Türkiyə ABŞ-la münasibətlər qurmağa hazır olması idi. Hər zamanda Vaşinqtonun yanında olduğunu bildirmək idi. Bildirmək istəyirəm ki, Türkiyə 1946-cı ildən bugünə qədər ABŞ müttəfiqi olub. ABŞ Türkiyəni hər zaman SSRİ-dən qoruyub. Bundan əlavə, Türkiyənin Orta Asiya və Yaxın Şərqdə təmsil olunmasına dəstək verib. R.T. Ərdoğanın köməkçisi Prof.Dr. Fəxrəddin Altun bildirib ki, Türkiyə ABŞ-la yeni bir səhifə açmağa hazırdır”.

Fərrux Həsənov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR