Bakıda xalasıgilə gedən 21 yaşlı qız itid - Rusiyada tapıldı

Bakıda xalasıgilə gedən 21 yaşlı qız itid - Rusiyada tapıldı
11:43 20 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən qız tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1998-ci il təvəllüdlü Hümbətova Elnarə Elxan qızı oktyabrın 27-də Bakının Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan xalasının evinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib.

Araşdırmalar davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3151445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR