Marek Hamşik: "Azərbaycanla matçda erkən qol vurmalı olduğumuzu bilirdik"

Marek Hamşik: "Azərbaycanla matçda erkən qol vurmalı olduğumuzu bilirdik"
11:47 20 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

“Matçın çətin keçəcəyini və erkən qol vurmalı olduğumuzu bilirdik”.
“Report” xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Marek Hamşik Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin son seçmə oyunundan sonra söyləyib.
Hesabın 19-cu dəqiqədə açıldığı görüşün 86-cı dəqiqəsində sonuncu qolu vuran 32 yaşlı yarımmüdafiəçi ilk yarıda daha yaxşı oynadıqlarını bildirib: “Təəssüf ki, daha öncə Uelsi məğlub edə bilmədik. Əks halda Avropa çempionatına vəsiqə qazanardıq”.
Qeyd edək ki, Azərbaycan 1 xalla sonuncu yeri tutduğu E qrupunda Xorvatiya və Uels kollektivləri Avropa çempionatına vəsiqə qazanıblar. Slovakiya və Macarıstan yığmaları isə AVRO-2020-yə düşmək üçün pley-off mərhələsinə qatılacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/marek-hamsik-azerbaycanla-matcda-erken-qol-vurmali-oldugumuzu-bilirdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR