AAYDA əməkdaşlarının Ağsu dolaylarında qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

AAYDA əməkdaşlarının Ağsu dolaylarında qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
12:08 20 Noyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının Ağsu dolaylarında yol qəzasına düşməsi ilə bağlı cinayət işi başlanıb.

Trend-in məluatına görə, faktla bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, noyabrın 19-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 149-cu kilometrliyində, yolun Ağsu dolayları ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "İsuzu" markalı avtomobili qəzaya uğrayıb.

Hadisə nəticəsində AAYDA-nın əməkdaşları - Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T.Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3151461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR