Rusiyada yanğında 2 uşaq, 1 kişi öldü

Rusiyada yanğında 2 uşaq, 1 kişi öldü
12:37 20 Noyabr 2019
63 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarının Yermakovsk rayonunda yaşayış binasında yanğın faciə ilə nəticələnib.

Milli.Az APA-ya istinadən əbər verir ki, yanğın nəticəsində iki uşaq və bir kişi ölüb.

Yanğın birmərtəbəli, iki mənzilli binada baş verib. İkinci mənzilin sakinləri yanğından xilas olublar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını 3 saat söndürə biliblər.

İlkin ehtimala görə, yanğına elektrik naqillərinin qısaqapanması səbəb olub.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR