İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib
13:27 20 Noyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail ordusu Suriyada bir neçə məntəqəyə hava zərbələri endirdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün İsrail ordusunun mətbuat xidməti Suriya ərazisindən atılan dörd raketi zərərsizləşdirdiklərini bildiriblər. 

"RİA Novosti" agentliyinin əməkdaşı çərşənbə axşamına keçən gecə Dəməşqdə partlayışlar baş verdiyi barədə məlumat verib. Suriya dövlət televiziyası hadisəni şərh edərkən bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt və onun ətrafına edilən hücumların qarşısını alıb. 

"İsrail ordusu elan edib ki, çərşənbə günü İranın "Qüds" briqadası və "Bəşər Əsəd ordusu"nun mövqelərinə hücumlar təşkil edib. Hücumlar İran hərbçilərinin İsrail ərazisini hədəfə alan raket atəşlərinə cavab olaraq həyata keçirilib", - "Haarets" qəzetində dərc olunan rəsmi açıqlamada yazılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR