Səfir Azər Xudiyev Ukraynada nəsimişünas alim Pavlo Movçanla görüşüb (FOTO)

Səfir Azər Xudiyev Ukraynada nəsimişünas alim Pavlo Movçanla görüşüb (FOTO)
13:36 20 Noyabr 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev xəstəxanada müalicə alan Ukraynanın tanınmış şairi, tərcüməçisi, ictimai xadimi, nəsimişünas Pavlo Movçanı ziyarət edib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı P.Movçan bildirib ki, sovet dövründə o Nəsiminin şerlərini tərcümə edib, dövlət tədbirlərində səsləndirib: “Sovet dövründə bir dəfə Azərbaycanda dövlət səviyyəsində ədəbiyyat tədbiri keçirilirdi. Mən də həmin tədbirə dəvət almışdım. Tədbirdə Nəsiminin tərcümə etdiyim şerlərini səsləndirdim. O dövrdə tədbirdən sonra Heydər Əliyevlə görüşümüz oldu. Məndən nə arzuladığımı soruşdu, mən isə “Nəsiminin qəbrini ziyarət etmək istədiyimi” dedim. Qısa müddətdə Heydər Əliyev məni Nəsiminin qəbrini ziyarət etmək üçün Suriyaya göndərdi”.

P.Movçan Azərbaycanda bir çox şairlərlə dostluq etdiyini bildirərək, ölkəmizə böyük məhəbbətinin olduğunu vurğulayıb.

Görüş zamanı səfir A.Xudiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına böyük diqqət yetirdiyini qeyd edib: “Ümummilli lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman ziyalılarımıza, ədəbiyyat adamlarına böyük diqqət və qayğı göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəlki hakimiyyətdən narazı qalaraq xaricə üz tutan ədəbiyyat adamlarımızın, yazıçı və şairlərimizi Vətənə qaytardı. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Qeyd edək ki, 80 yaşlı P.Movçan bir neçə dəfə Ukraynanın Ali Radasının deputatı olub. Ukraynanın ən ali dövlət mükafatları ilə təltif edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3151469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR