Şahin Mustafayev: "Çin şirkətlərinin Azərbaycana daha çox investisiya etməkdə maraqlıdırlar"

Şahin Mustafayev: "Çin şirkətlərinin Azərbaycana daha çox investisiya etməkdə maraqlıdırlar"
13:37 20 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya etmək istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük".
“Report” xəbər verir ki, bunu Çinin "Global Times" qəzetinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mənim yeni vəzifəmin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyimi mənə həvalə edib: “İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”. 
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/cin-sirketlerinin-azerbaycana-maraqlare-coxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR