Heç kim və heç nə unudulmur

19:03 16 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycan Xalça Muzeyində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” Tarix Muzeyi ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
AzərTAc xəbər verir ki, “Heç kim və heç nə unudulmur” adlı tədbirdə muzeyin direktoru, professor Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, “İçərişəhər” tarix muzeyinin direktoru Ceyhun Ağakişibəyli və digər çıxış edənlər bu günün xalqımızın qürur və şərəf günü kimi tarixə həkk olunduğunu söyləyiblər. Bildirilib ki, Azərbaycan xalqı böyük, ağır itkilər versə də öz qırılmaz iradəsini göstərdi və düşmənə əyilmədi. Bu qanlı tarix bizim həm qürur yerimiz, həm də faciəmizdir.
Vurğulanıb ki, tədbirin keçirilməsində əsas məqsəd gələcəyimizin təmsilçiləri olan uşaqlara milli azadlığımızın əsasını qoyan, öz qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa və qəlblərdə yaşatmağa səsləməkdir.
Sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında klassik musiqi təqdim edilib.
Həmçinin Xalça Muzeyinin nəzdində olan uşaq muzeyinin və “Sehirli aləm” yaradıcılıq mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisi nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hech_kim_ve_hech_ne_unudulmur-825392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR