Azərbaycanda benzin və dizel istehlakı 9% artıb

Azərbaycanda benzin və dizel istehlakı 9% artıb
15:42 20 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 1 039,1 min ton dizel yanacağı, 1 004,8 min ton avtomobil benzini istehlak edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hər iki məhsulun istehlakı ötən ilin müvafiq dövründən 9,2% çox olub.
Hesabat dövründə 296,2 min ton aviasiya üçün ağ neft, 196,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 175 min ton neft bitumu, 136,2 min ton maye qaz, 39,2 min ton sürtkü yağları istehlak edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 15%, aviasiya üçün ağ neft istehlakı 2%, maye qaz istehlakı 7,2% artıb, neft bitumunun istehlakı 25,8%, sürtkü yağlarının istehlakı 14,4% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-benzin-ve-dizel-istehlaki-9-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR