Büdcədən maliyyələşən qurumlar doqquz ayda 21 mln. manatlıq təbii qaz istifadə edib

Büdcədən maliyyələşən qurumlar doqquz ayda 21 mln. manatlıq təbii qaz istifadə edib
15:52 20 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 670,6 mln. kVt.saat elektrik enerjisindən, 104,6 mln. kubmetr təbii qazdan, 18,1 mln. kubmetr sudan istifadə edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sudan 5,8%, təbii qazdan 4,3%, elektrik enerjisindən isə 4,2% çox istifadə edilib.
Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 20,9 mln. manat, elektrik enerjisinin dəyəri 150,3 mln. manat, suyun dəyəri isə 17,7 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/budceden-maliyyelesen-qurumlar-doqquz-ayda-21-mln-manatliq-tebii-qaz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR