“Bundan sonra da Tacirlə toya gedərəm” -

Müğənni Fədayə Laçın bacısı İlahə Fədanın ona Tacir Şahmalıoğlu ilə duet oxumağı qadağan etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.Metbuat.az bildirir ki, ARB TV-nin “Show News” verilişinə açıqlama verən sənətçi xəbəri təkzib edib.

“Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib”.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR