AVRO-2020: UEFA püşkatma üçün səbətlərin tərkibini açıqlayıb

AVRO-2020: UEFA püşkatma üçün səbətlərin tərkibini açıqlayıb
17:57 20 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 2020-ci il Avropa çempionatının püşkatma mərhələsi üçün səbətlərin tərkibini açıqlayıb.
"Report" xəbər verir ki, 24 komanda 4 səbətə bölünüb. Onlardan 20-si hələlik məlumdursa, 4-ü Millətlər Liqasının "pley-off" mərhələsinin qalibləri olacaq.
1-ci səbət: Belçika, İtaliya (təşkilatçı), İngiltərə (təşkilatçı), Almaniya (təşkilatçı), İspaniya (təşkilatçı), Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland (təşkilatçı), Rusiya (təşkilatçı)
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka (təşkilatçı), Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, A Yolunda "pley-off"un qalibi, B Yolunda "pley-off"un qalibi, C Yolunda "pley-off"un qalibi, D Yolunda "pley-off"un qalibi
Bölgü Avropa yığmalarının ümumi reytinqi əsasında aparılıb.
Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-da olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-uefa-puskatma-ucun-sebetlerin-terkibini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR