Sumqayıt Dövlət Dram Teatrında Cəfər Cabbarlı həftəsi

Sumqayıt Dövlət Dram Teatrında Cəfər Cabbarlı həftəsi
18:32 20 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Dram Teatrı son illər öz zəngin repertuarı ilə diqqət mərkəzindədir. Bütün sosial kontingentdən olan tamaşaçıların bədii- estetik zövqünə, müasir düşüncəyə, tarixi-mədəni irsin  təbliğinə yönəlik əsərlər rejissorların yeni yozumunda  tamaşaçılara təqdim olunur.

Teatr-tamaşaçı münasibətlərinin  yaxşılaşması üçün gərəkli  kreativ layihələr  effektiv bəhrəsini  verməkdədir. İndi  Sumqayıt  tamaşaçısı  nəfis şəkildə  tərtib olunaraq teatrın qarşısında qoyulmuş  afişalardan, həmçinin  ictimai nəqliyyat vasitələrində  mütamadi nümayiş etdirilən  reklam çarxlarında aylıq, həftəlik repertuar  haqqında  məlumatlı ola və seçim edə bilir.

Son vaxtlar yaradıcı heyətin məsuliyyəti daha da artmışdır. Sumqayıtın şəhər statusu almasının  70 illiyi ilə bağlı  silsilə tədbirlərdə  kollektivimiz də böyük  həvəslə iştirak edir. Təntənəli yubiley  tədbirinin  Sumqayıt şəhər icra hakimiyyəti ilə birgə Sumqayıt Dövlət Dram Teatrının  yaradıcı heyətinin hazırlaması qürurverici haldır. Belə ki, kütləvi şəhər tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru  əməkdar artist Namis Şirməmmədovdur.

Əlbəttə, Sumqayıt Dövlət Dram Teatrının uğurlarının kökündə  dövlət başçısı Cənab İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın ölkə mədəniyyətinə qayğısı  dayanır.  Eyni zamanda Mədəniyyət Nazirliyi  sənət ocağını hər zaman diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Cəfər Cabbarlının yubileyinin qeyd edilməsi bütün sənət ocaqlarında da ədibin yaradıcılığına müraciəti aktuallaşdırmışdır. Azərbaycan teatrlarının repertuarında görkəmli dramaturqun əsərləri yer alır. Həmçinin  il boyunca Cəfər Cabbarlı yaradıcılığına müxtəlif baxış bucaqlarını əks etdirən mədəni kütləvi tədbirlər hazırlanıbdır.

Noyabrın 22- dən isə respublikada "Cəfər Cabbarlı həftəsi " çərçivəsində Teatr festivalı başlanır. Tədbir ayın 30-na qədər davam edəcəkdir. Həftə ərzində Bakı teatrlarında hazırlanmış tamaşalar təqdim olunacaq. Sumqayıt Dövlət Dram Teatrı da Cəfər Cabbarlı həftəsinə öz töhfəsini verəcəkdir. Belə ki, noyabrın 26-da paytaxt sakinləri Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində "Solğun çiçəklər"-ə baxacaqlar. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır.

Rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlqar İbrahimov, Şəhla Mammadova, İlahə Səfərova, Dağıar Rüstəmov  oynayırlar. İnanırıq ki, tamaşamız hər kəsə bədii-estetik zövq bəxş edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/803741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR