Müsəlman ölkəsindən ABŞ-a qarşı ŞOK ÇAĞIRIŞ: Dərhal...

Müsəlman ölkəsindən ABŞ-a qarşı ŞOK ÇAĞIRIŞ: Dərhal...
18:48 20 Noyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

İordaniya Parlamenti Fələstin Komitəsinin sədri Yəhya əs-Süud ərəb ölkələrini İsrailin işğalını dəstəkləyən ABŞ-la əlaqələri kəsməyə çağırıb.

Publika.az xəbər verir ki, sədr ABŞ-ın İsrailin Qərbi Şəriədə saldığı yəhudi qəsəbələrini qanuni qəbul etmək qərarının yeni addım olmadığını bildirib.

“Mənə görə və İordaniya xalqının nəzərində ABŞ bölgədə sülhün dəstəkçisi deyil, işğalın ortağıdır. Özünü bölgənin polisi kimi aparan ABŞ-ın qaranlığın tərəfində mövqe tutduğu bəllidir. İordaniya və ərəb ölkələrinin ABŞ ilə münasibətlərini yenidən nəzərdən keçirməsi və əlaqələrini tamamilə kəsməsi lazımdır”, - əs-Süud deyib.

Komitə sədri qeyd edib ki, İordaniya və İsrail arasındakı münasibətlər gündən-günə gərginləşir. Çünki sionist tərəf İordaniyanı hər gün qıcıqlandırmaq istəyir.

Qeyd edək ki, İsrail 1967-ci ildə işğal etdiyi qərbi Şəriədə 250-yə yaxın yəhudi qəsəbələri qurub. Bu yerlərdə 400 mindən çox yəhudi yaşayır. Beynəlxalq hüquqa əsasən, qəsəbələr qeyri-qanunidir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/296718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR