Jan-Klod van Dammdan Azərbaycanla bağlı paylaşım

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod van Damm Qəbələ rayonunda ona qoyulan heykəli öz "Facebook" səhifəsində paylaşıb.

Metbuat.az-ın məlumatına görə, Azad Əliyev adlı sakin Vəndam kəndində aktyora ağacdan heykəl düzəldib.

J.K.van Damm buna görə öz təşəkkürünü bildirib:

"Daha bir real ölçüdə Jan-Klod van Damm heykəli. Bu dəfə Azərbaycanda, Vəndam kəndində. Təşəkkür edirəm!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR