Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar (FOTO)

Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar (FOTO)
23:08 20 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Özbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və eləcə də gələcəkdə birgə əməkdaşlıq məsələlərindən danışıb.

Özbəkistanlı nümayəndə heyəti də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə baş tutacaq birgə layihələri müzakirə ediblər.

Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3151636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR