Samuxda partlayış - Yaralı var

Samuxda partlayış - Yaralı var
00:13 21 Noyabr 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda qaz sızması nəticəsində partlayış olub.

Publika.az xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR