8 ölkəyə xəbərdarlıq edildi

8 ölkəyə xəbərdarlıq edildi
01:38 21 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası Avropa İttifaqına daxil olan 8 ölkənin - Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Sloveniya, SlovakiyaFinlandiyanın 2020-ci il üzrə dövlət büdcəsi layihələrinin müəyyən edilmiş qaydalarına uyğun olmadığını müəyyən edib.

Publika.az xəbər verir ki, Komissiya həmin ölkələrin yüksək dövlət borcunun olduğunu bəyan edərək onları ehtiyatlı maliyyə siyasəti yürütməyə, aşağı faiz dərəcəsindən faydalanaraq borclarını azalmağa çağırıb.

Xatırladaq ki, İttifaq qanunlarına görə, üzv ölkələrin büdcə kəsri ÜDM-in 3%-dən, dövlət borcları ÜDM-in 60%-dən çox olmamalıdır. Əks təqdirdə, bu ölkəyə intizam tədbiri tətbiq edilə bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/296732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR