Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb

Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb
02:42 21 Noyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Castin Tryudonun rəhbərliyi ilə formalaşan yeni liberal hökumətinin tərkibində 18 kişi, 18 qadın daxil olmaqla, 36 nazir yer alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, onlar çərşənbə günü Kanadanın başçısı, Böyük Britaniyanın kraliçası II Yelizavetaya sədaqət andı içiblər.
Tryudo yeni nazirlər kabinetində özünün əvvəlki hökumətindən 11 naziri saxlayıb. Bunlar: milli müdafiə naziri Harjit Sinqh Sajan, ədliyyə naziri (baş prokurorla birlikdə) Devid Lametti, maliyyə naziri Uilyam Mornon, nəqliyyat naziri Mark Qarnon və digərləridir.

Qeyd edilir ki, daha yeddi nəfər ilk dəfə Nazirlər Kabinetinə daxil olub. Onların arasında Kanadanın varislik və multikulturalizm məsələləri üzrə nazir portfelini almış Stiven Qilbo və Dövlət Xidmətləri, Satınalınmalar Nazirliyinə başçılıq etmiş Anita Avand da var. Bu iki siyasətçi həmçinin ilk dəfə parlamentə seçilib. Digər məmurlar hökumətdə qalıblar, amma başqa vəzifələrə, həmçinin baş nazirin məsləhətçiləri postuna keçiblər.
Castin Tryudo dörd il əvvəlki kimi indi də öz kabinetini gender bərabərliyini nəzərə alaraq formalaşdırıb. Belə ki, onun hökumətinin yarısını qadınlar təşkil edirlər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadanin-yeni-hokumetinde-18-kisi-ve-18-qadin-yer-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR