Rusiyada qatar və təyyarələr internetlə təmin olunacaq

Rusiyada qatar və təyyarələr internetlə təmin olunacaq
04:02 21 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada qatarları və təyyarələrin yüksək sürətli internetlə təmin edilməsi planlaşdırılır.
"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Milli Texnologiya Təşəbbüsünün mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, layihələşdirilən simsiz əlaqə sistemi mövcud peyk standartlarına və mobil əlaqələrə (3G, 4G və 5G) uyğun olacaq. Bundan başqa, o, real rejimlə pilotsuz təyyarələri idarə etmək imkanı da verəcək.
"Aeronet"in işçi qrupunun rəhbərlərindən biri Sergey Jukov qeyd edib ki, nəqliyyat vasitələrində şlüz yerləşdiriləcək, hansı ki, istənilən istifadəçilər üçün əlaqənin interfeysi vasitəsilə yüksək sürətli internetə, həmçinin WiFi və 4G-yə qoşulmaq imkanı verəcək.
Əlaqənin yeni sisteminin birinci eksperimental sahəsi 2022-ci ildə açıla bilər.


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-qatar-ve-teyyareler-internetle-temin-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR