Robot balıq ixtira edilib

Robot balıq ixtira edilib
08:17 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) mütəxəssisləri suyun altında səssizcə qalan robot balıq təqdim ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,

"SoFi" adlı balıq 15 metr dərinlikdə 40 dəqiqə ərzində üzə bilir. Onun quyruğu iki hidravlik nasos vasitəsilə hərəkət edir. Həmçinin quyruğu sukeçirməz pultun köməyi ilə idarə etmək mümkündür. Robot balığın hərəkət istiqaməti yüksək təsvir ölçülü videokamera tərəfindən qeydə alınır. O, quraşdırılmış qavrama sensorları, mühərrik və smartfonlarda olduğu kimi litium batareya ilə təchiz edilib.

Canlı balıqların onun robot olduğunu "duymayacağına" əmin olan alimlərin fikrincə, "SoFi" mövcud sualtı aparatlarla müqayisədə dəniz canlılarını daha yaxşı öyrənməyə imkan verəcək. Hazırda ixtioloqlar tərəfindən bu məqsədlər üçün qayığa burazla birləşdirilən avtonom aparatlardan istifadə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR